İran

“Transparency İnternational” İranda korrupsiya göstəricilərini qiymətləndirib

İran fəsad göstəricisinə görə 180 ölkə arasında 149-cu yeri tutub. Bu barədə hər il ölkələrin fəsad göstəricisini açıqlayan Beynəlxalq Şəffaflıq Təşkilatının 2020-ci illə bağlı son raporunda bildirilib. Belə ki, İran dünya nəqşəsində yenə də qırmızı rənglə işarələnən ölkələr sırasında yer alıb. Bu ölkə 100 imtiyazdan yalnız 25-i toplamağı bacarıb.
Məlumata görə, Lübnan, Qvatemala, Niceriyyə, Mozambik, Kamerun, Tacikistan və Madaqaskar kimi ölkələr də 149-cu sırada qərarlaşıb.
Qeyd edək ki, 2013-cü ildə Mahmud Əhmədinejad dövlətinin son bir ilində İran fəsad göstəricilərinə görə 177 ölkə arasında 144-cü yeri tutub. 2014-cü ildə Həsən Ruhani dövlətinin ilk ilinin sonunda isə 175 ölkə arasından 136-cı yerə yüksəlib.

Related Articles

Bir cavab yazın

Back to top button