İdmanİran

“Traxtur” Asi̇ya li̇qasında i̇ki̇nci̇ mərhələyə yüksəli̇b

Asiya Liqində mübarizə aparan Təbrizin “Traxtur” baaşqahı sonrakı mərhələyə yüksəlib. Asiya Futbol Konfedrasyonunun yeni qaydalarına görə, 40 seçmə timin qatıldığı Asiya Qəhrəmanlar Liqində Qərbi Asiyanın ikinci qruplarının 5 timindən yalnız iki timi sonrakı mərhələyə keçə bilər. Buna görə də, qrupda başqa baaşqahlarla bərabər imtiyazı olan “Traxtur”un sonrakı mərhələyə yüksəlməsi ötən gecə keçirilən oyunların nəticəsindən asılı idi. Beləliklə, dünən Səudiyyə Ərəbistanının “Əl-Hilal” timinin 2-0 hesabı ilə uduzması “Traxtur”un Asiya Liqinin ikinci mərhələsinə yüksəlməsinə səbəb olub. Bu ilin septambrında keçiriləcək ikinci mərhələnin sonrakı qarşılaşmasında “Traxtur”un rəqibi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” baaşqahı olacaq. “Traxtur”un baş mürəbbisi Rəsul Xətibi ötən gecə nəticələr bəlli olandan sonra baaşqahın tərəfdarlarını, təbrizliləri və bütün azərbaycanlıları təbrik edib. Sonrakı oyunlarda daha parlaq nəticələr əldə edəcəklərinə inandığını söyləyib.

Related Articles

Bir cavab yazın

Back to top button