Azərbaycanİran

“Traxtur” darmadağınla liderlə xalını bərabərləşdirdi

Cənubi Azərbaycan təmsilçisi "Traxtur" İran çempionatında növbəti matçını keçirib.

İran Premyer Liqasının yeddinci həftəsinin oyunları çərçivəsində “Traxtur” klubu səfərdə “Aluminium Ərak”ın qonağı olub. Qarşılaşma Təbriz təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbə sayəsində xallarını 12-yə çatdıran “Traxtur” müvəqqəti olaraq turnir cədvəlinində 1-ci pilləsində qərarlaşıb.

İsfahanın “Sepahan” komandası isə 12 xalla turnir cədvəlində ikinci yerdədir.

Related Articles

Bir cavab yazın

Back to top button