İdman

“Traxtur” “Peykan”a qalib gəlib

“Traxtur” ilə “Peykan” futbal timləri Bərtər Ligin dördüncü həftəsində qarşılaşıblar. Oyun azər ayının 28-i saat 15:45-də Təbrizin Səhənd stadiomunda tamaşaçı olmadan keçirilib. “Traxtur” oyunun ilk yarısında rəqibinə 3 qol vura bilib. “Peykan” isə ancaq 1 qolla kifayətlənməli olub. Nəticədə “Traxtur” timi 3-1 hesabı ilə qalib gəlib və cədvəlin üçüncü pilləsinə qalxıb.
Yarışın davəri Əli Səfa, davər yardımçıları Həsən Yusifi ilə Fərzad Bəhrami, dördüncü davər Məcid Məhəmmədi, nəzarətçi davər isə Əlirza Yəzdani olub. Yarışda “Peykan”dan Riza Cəbirə “Traxtur”dan isə Hadı Məhəmmədi sarı kart alıblar.
Bildirək ki, Təbrizdəki hava şəraitinə görə qarşılaşma 30 dəqiqə yubanıb.

Related Articles

Bir cavab yazın

Back to top button