Azərbaycanİran

“Traxtur”la “Sepahan” oyununda milli şüarlar səsləndirilib

Aprilin 7-də İran çempionatında 25-ci turun matçları baş tutub.

Yerli vaxtla axşam saat 21:30-da Təbrizin “Səhənd” (Yadiqari İmam) stadionunda “Traxtur” və İsfahanın “Sepahan” futbol komandalarının görüşü keçirilib.

Təbriz komandasının 1-0 hesablı qələbəsi ilə nəticələnən oyunda 70 min azərbaycanlı azarkeş “Traxtur”u dəstəkləmək üçün stadiona toplaşıb.

Oyunun 15-ci dəqiqəsində “Türk dilində mədrəsə, olmalıdır hər kəsə”, “Azadlıq, ədalət, Milli hökumət”, “İnsanlara azadlıq, millətlərə istiqlal” şüarları səsləndirilib, eyni şüar yazılan banner qaldırılıb.

Qarşılaşması canlı yayan İran televizyası Azərbaycan dilində səsləndirilən şüarların yayılmaması üçün səsi kəsib, görüntüləri senzura edib.

Qeyd edək ki, bu qələbədən sonra “Traxtur” 42 xalla turnir cədvəlinin beşinci pilləsinə yerini qoruyub saxlaya bilib.

Related Articles

Bir cavab yazın

Back to top button