Azərbaycanİran

“Traxtur”un oyununda Xoy zəlzələsində ölənlər anılıb

Fevralın 1-də İran Super Liqasının 18-ci həftəsinin oyunları çərçivəsində Təbrizin "Traxtur" klubu ilə Xuzistan əyalətinin "Fulad" komandasının qarşılaşmasında komanda üzvləri bir dəqiqəlik sükutla Xoy zəlzələsində həyatını itirənlərin xatirəsini anıblar.

Bununla yanaşı oyun davam etdiyi vaxtda azərbaycanlı tamaşaçılar hökumətin zəlzələdən zərər çəkənlərə yetərli yardım etməməsi ilə bağlı etiraz şüarları səsləndiriblər.

Qeyd edək ki, görüşün 98-ci dəqiqəsində “Traxtur” komandasının hücumçusu Hadi Məhəmmədi rəqib komandanın qapısından qol keçirib.

Bu qələbədən sonra “Traxtur” 29 xalla turnir cədvəlinin beşinci pilləsinə yüksəlib.

Related Articles

Bir cavab yazın

Back to top button