Azərbaycan

“TRT Haber” televiziya kanalı Ermənistan işğalından xilas edilən Ağdam şəhristanından reportaj yayıb

Türkiyənin “TRT Haber” televiziya kanalı Ermənistan işğalından xilas edilən Ağdam şəhristanındakı tükürpədici vəziyyətlə bağlı geniş reportaj yayıb. Görüntülərdə talan edilən, qapı və pəncərələrin, hətta divarlarına qədər sökülüb aparılan evlərin dəhşətli mənzərəsi göstərilir. Belə ki, aparıcı ümumi mənzərənin sanki ərazinin əsrlər əvvəl dağıdılıb məhv edilməsi barədə acı hisslər yaratdığını bildirib. Ağdamdakı dəhşətli görüntülərin Ermənistanın vəhşiliyinə daha bir nümunə olduğu da qeyd edilib.
Habelə vurğulanıb ki, artıq Ağdam Cümə məscidi işıqlandırılıb, nizami birliklər şəhristanın minalardan təmizlənməsini davam etdirir.
Qeyd edək ki, Azərbaycanın işğal altındakı torpaqlarının düşməndən azad edilməsi Türkiyənin mediaları tərəfindən diqqət mərkəzində saxlanılır.

Related Articles

Bir cavab yazın

Back to top button