Araşdırma & TəhlilAzərbaycan

Türk Birliyi ideolojisi böyüməyə dəvam edir

Dünən İstanbulda tarixi bir iclas keçirildi. Türk Dövlətləri Təşkilatının 8-ci toplantısı Türkiyənin İstanbul şəhərində həyata keçirdi. Toplantıya Türkiyə, Azərbaycan, Qəzaqistan, Qırqızıstan və Özbəkistan liderləri təşkilatın daimı üzvü kimi qatıldılar. Habelə Məcaristan və Türkmənistan liderləri də nazir üzv olaraq iclasda iştirak etdilər. Bu iclasda önəmli qərarlar alındı və təşkilatın yeni üzvlər alacağının önü açıldı. Habelə 2040-ci il vizyonuyla quruluş üçün önəmli hədəflər müəyyənləşdirildi. Hədəflərin içində üzv ölkələr arasında vizanın tamamən qaldırılması və ancaq hər ölkənin kimlik kartıyla ölkələr arasında səyahət imkanının olması da var. 300 milyondan çox cəmiyətə sahib bu təşkilatın iqtisadi ilərləməsi üçün özəl fon sandığının da formalaşmasına qərar alındı.
İclasda liderlər dayanışma mesajı verib, özəlliklə Qarabağ məsələsinin həllindən sonra Türk Dünyasının böyük gəlişmələr başaracağı danışıldı. Habelə bu iclasda Azərbaycan prezidenti cənab İlham Əliyevə Qarabağ Zəfəri üçün Türk Dünyasının Ali Nişanı verildi. Bütün bu olanlar bəlkə bundan neçə il öncəyə qədər bir xəyal kimi görünən, Turanın qurulması yolunda atılan addımlardır. Siyasət bilimciləri Türk Dövlətlər Təşkilatının çox yuxarı potansiyelə sahib olduğunu deyirlər. Türk dünyasının güclü ölkələrinin bir araya gəlib bir birlərinin gücünə güc qatması əslində hər bir Türkün ürəyində olan Turan amacının həyata keçməsi deməkdir. Özəlliklə Türk Dünyasının ekonomik anlamda çox yuxarı potansiyelə sahib olması tutarlı əlaqələrinin qurulmasına səbəb ola bilər.
İstanbulda, bu gün işğal altında olan Türk yurdları haqqında bir şey deyilmədi, ancaq təşkilatın bu mənada da yaxın tarixdə ciddi addımlar ata biləcəyini gözləmək olar. Daha bundan neçə il öncəyə qədər Qarabağ məsələsinin həl olunmaz olduğunu düşünənlər bu gün dəyişən siyasətin nələrə qadir olduğunu görürlər. Ciddi iqtisadi reformlar və modernləşməyə doğru atılan addımlar Türk Dünyası üçün yeni pəncərələrin açılmasına səbəb olacaq. Düzdür ki bu gün bütün Türk Dövlətlərində ideal azadlıq və demokrasiylə ciddi bir məsafə var, ancaq unutmamaq lazımdır ki ölkələrdə iqtisadi rifah artınca demokrasi də yolunu tapır. Rifah xalqın içinə yayılması, toplumların özgürlüyü düşünməsinə vasitə olur. Həm cəmiyyətinin sayısı həm də istiratejik coğrafiyası etibariylə Güney Azərbaycan Türk Dünyasının çırpınan ürəyi sayılır. Bu gün bir zamanlar xəyalını qurduğumuz Türk Dövlətlər Təşkilatında bəlkə açıq bir şəkildə İran Türklərindən söz edilmir, ancaq şübhəsiz ki bu ideya ancaq Təbrizin də qatılmasıyla tamamlanacaqdır.
Tehran hakimiyyəti özəlliklə Qarabağ savaşında uduzduqdan sonra Azərbaycan və Türkiyəyə qarşı nifrətlə doludur. Ancaq gerçəklik budur ki, İran Türklərə qarşı nifrətini göstərdikcə millət daha çox ayılır və Güney Azərbaycanın önəmi daha çox görünür.

Related Articles

Bir cavab yazın

Back to top button