Azərbaycanİran

Urmiya gölündə suyun artması məmurların işi deyil və göl 6 aya quruyacaq

İranın Meşə və Otlaqlar Elmi-Tədqiqat İnstitutu professoru Məhəmməd Dərviş deyib ki, bu gün Urmiya gölünün suyunun səviyyəsinin qalxması hakimiyyət orqanlarının deyil, Allahın və təbiətin işidir və səlahiyyətlilər bununla bağlı heç bir iş görməyib.

O, havaların istiləşməsi ilə gölə toplanan az miqdarda suyun buxarlanacağını qeyd edib: “Urmiya gölü 6 ay ərzində quruyacaq”.

Bu yaxınlarda Urmiya gölünün suyunun səviyyəsinin 12 sm artması ilə bağlı yayılan xəbərlərə baxmayaraq, məmurlar gölün bərpası planında uğursuzluqla üzləşdilər və təəssüf edirəm ki, bu xəbəri dərc edərkən heç düşünmürlər ki, 6 aylar sonra və havalar isindikdə gölün dibindən suyun miqdarı yoxa çıxsa, xalqa, mediaya nə cavab verəcəklər?

Qeyd edək ki, Urmiya gölünün maksimum su həcmi 30 milyard kubmetrdir. Hazırda göldə 2 milyard kubmetr su mövcuddur.

Related Articles

Bir cavab yazın

Back to top button