
Türk ordusu Suriyanın şimalında terrorçulara qarşı əməliyyat keçirib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, “Barış pınarı” bölgəsində aşkarlanan 5 PKK terrorçusu zərərsizləşdirilib.
“Terrorçu haradadırsa, hədəfimiz orasıdır”, – Nazirlik qeyd edib.(Cebhe.info)