Bu barədə şair, tərcüməçi və mədəni fəal Saleh Səccadi məlumat verib.
O, ölkədə türklərin milli kimlik, dil və mədəniyyətlərini qoruyub saxlamaq və inkişaf etdirmək üçün fəaliyyətlərinin genişlənməsi ilə eyni vaxtda, buna qarşı qadağalarında tətbiqinin çoxaldığını yazıb.
Mədəni fəal bildirib ki, xüsusilə son 3 il ərzində türk dilində olan kitabların nəşrinə qadağa və senzura şiddətlənib.
“Yaranan vəziyyət türk dilində kitabların nəşrinə, Azərbaycanın tarix, dil və mədəniyyəti ilə bağlı fəaliyyətlərə birmənalı olaraq qadağa kimi dəyərləndirilə bilər”,- Saleh Səccadi bildirib.
Qeyd edək ki, son illər türk dilində olan kitabların nəşrinə məhdudiyyətlərin dahada artması ilə yanaşı, kitab sərgilərində türkcə kitab çap edən nəşriyyatların da iştirakına məhdudiyyətlər güclənib.
Bir sıra nəşriyyatlar yardım ala, qanunla nəzərdə tutulmuş başqa imkanlardan istifadə edə bilmədikləri üçün fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalıblar.