Azərbaycan

“Türkcə rəsmi dil olsun”- Ərdəbilin mərkəzi küçəsində baner asılıb

İran televiziyasında Azərbaycan rəqsinə qarşı senzura Ərdəbildə etiraza səbəb olub.

Martın 20-də Ərdəbil şəhərinin milli-mədəni fəalları İran televiziyasında Azərbaycan rəqsi və dilinə qarşı tətbiq edilən senzuraya etiraz olaraq türk dilinin rəsmi dil olması istəyini əks etdirən baner asıblar.

Ərdəbilin mərkəzi küçələrindən birinin yerüstü piyada keçidindən asılan banerdə “Türk dili rəsmi olsun” yazılıb.

Qeyd edək ki, martin 20-də İran televiziyasının 3-cü kanalında Yaz bayramı münasibətilə yayınlanan “Əsri cədid” proqramında başqa xalqların rəqsi nümayiş etdirildiyi halda Azərbaycan rəqsinin göstərilməsinə imkan verilməyib.

 

Related Articles

Bir cavab yazın

Back to top button