Azərbaycan

Şərqi Azərbaycan İranda faydalı qazıntı ehtiyatlarına görə birinci yerdədir

Şərqi Azərbaycan əyalətinin Sənaye, Mədən və Ticarət Təşkilatının Mədən və Mədən Sənayesi üzrə rəis müavini Mehrəngiz Rəhmani əyalətin faydalı qazıntı ehtiyatlarına görə ölkədə birinci yerdə olduğunu deyib.

Mehrəngiz Rəhmani jurnalistlərlə görüşündə Şərqi Azərbaycanda zəngin mineral ehtiyatlar toplusunu yaradan əlverişli geoloji amillərin mövcudluğunu, bölgədəki faydalı qazıntı ehtiyatlarına iki istismar və kəşfiyyat sahəsində 52 faydalı qazıntı növünün daxil olduğunu söyləyib.

O, əyalətin mədənlərində ümumi təsdiq edilmiş ehtiyatların bəzi mədənlər istisna olmaqla üç milyard tondan çox olduğunu bildirərək xatırladıb ki, əyalətdə mis, qızıl, molibden və dəmir kimi əhəmiyyətli metal ehtiyatları mövcuddur.

“Bu ilin yanvar ayının sonuna kimi əyalət mədənləri ilə bağlı 197 kəşfiyyat, 88 kəşfiyyat şəhadətnaməsi, 543 istismar və 140 hasilat icazəsinin verildiyi bəlli olub və bu sahədə Şərqi Azərbaycan İran üzrə birinci yeri tutur”-deyə, Rəhmani bildirib.

Sənaye, Mədən və Ticarət Təşkilatının Mədən və Mədən Sənayesi üzrə rəis müavini mədənlərdən əldə edilən konsentratların xammal kimi başqa bölgələrə göndərilməsinin əyalətin ziyanına olduğunu və yerlərdə emal müəssisələrinin qurulması üüçn sərmayə cəlbinə ehtiyac duyulduğunu vurğulayıb.

 

Açıklama yok.

Related Articles

Bir cavab yazın

Back to top button