İran

Savucbulaqda güclü sel dağıntılara səbəb olub

Ötən həftə sel suları Savucbulaq vilayətindəki tikililərə və kənd körpülərinə 40 milyard rial dəyərində ziyan vurub. Məsələ ilə bağlı isfənd ayının 3-də Qərbi Azərbaycanın Savucbulaq Vilayətinin Yola Nəzarət və Daşıma İdarəsinin rəisi açıqlama verib. Möhsün Xadimi güclü yağıntılar nəticəsində daşqınların baş verdiyini və vilayətin kəndlərini birləşdirən 8 körpünün dağıldığını bildirib. Onun sözlərinə görə, kəndlər arası gediş-gəliş və ilglərin kəsilməməsi üçün təmir-ehya işləri aparılır. Xadimi ötən gün 30 kəndə aparan yolların qardan təmizləndiyini qeyd edib. Sözügedən kəndlər vilayətin Xəlifan bəxşində yerləşir. “Bu il qış tərhini həyata keçirmək üçün yol idarəsinin 60 məmuru, 21 ağır və yüngül maşınalatı Savucbulağın sabit və səyyar yola nəzarət mərkəzlərinin istifadəsinə verilib”,-deyə Möhsün Xadimi bilgi verib.

Related Articles

Bir cavab yazın

Back to top button