İran

Urmunun keçmiş bələdiyyə başçısı yenidən həbs edilib

Urmu şəhərinin keçmiş şəhrdarı Məhəmməd Həzrətpur yenidən tutuqlanıb. Belə ki, o, ordibeheştin 28-i, axşam saatlarında əmniyyət və ittilaat qüvvələri tərəfindən saxlanılıb. Onun yenidən saxlanılma səbəbi kimi məhkəməyə qədər müvəqqəti azadlığa çıxması qarşılığında qoyduğu vəsiqənin çatışmazlığı olduğu göstərilib.
Bildirək ki, Urmu şəhərinin keçmiş şəhrdarı Məhəmməd Həzrətpur ötən ilin dey ayının sonlarında İranın əmniyyət məmurları tərəfindən həbs edilib. O, bir gün sonra İttilaat məmurları tərəfindən “ətraflı izahat”ının alınması üçün Tehrana aparılıb və orada dindirilib.
Bir müddət öncə ictimai şəbəkələrdə şəhrdarın tutuqlanması ilə ilgili xəbərlər yayılıb. Məhəmməd Həzrətpur, onun bir neçə müavini və şəhrdarlığın işçiləri Tehranın İnqilab və Ümumi Məhkəməsinin araşdırma bölməsi tərəfindən odlu silahların alveri, saxlanılması, daşınmasında, habelə fəsad və dövlət əmlakını talamaqda günahlandırılıblar.
Artırmalıyıq ki, Həzrətpur fərvərdinin 19-da vəsiqə qarşılığında məhkəməyədək müvəqqəti azad edilib. Onun yenidən tutulmasının Batı Azərbaycanda Şəhər Şuralarına seçkilərin keçirilməsi ilə bağlı olduğu ehtimal edilir.

Related Articles

Bir cavab yazın

Back to top button