Dünya

Türkiyə qaziləri və şəhid ailələrindən Azərbaycana dəstək

Türkiyə qaziləri və şəhid ailələrindən Azərbaycanın işğalda olan torpaqlarının azad edilməsi istiqamətindəki mübarizəsinə dəstək verilib.
Belə ki, Türkiyənin müxtəlif regionlarında fəaliyyət göstərən 5 qazi və şəhid ailələri dərnəyi, o cümlədən 160-dan artıq qazi və şəhid yaxınlarına müraciətdə Azərbaycan cümhurisinin Prezidentinə, hökumətinə və Ordusuna tam şəkildə güvəndiklərini ifadə ediblər. Onlar Türkiyə dövləti və xalqının torpaqlarını işğaldan azad edən Azərbaycanın yanında olduğunu bildiriblər. Türkiyə qaziləri və şəhid ailələri bu Vətən müharibəsində Azərbaycanla eyni cəbhədə olduqlarını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırlar.
“Azərbaycan cümhurisinin Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin işğalçı Ermənistan üzərində qazandığı hər bir qələbə Türkiyə xalqı, biz qazilər və şəhid ailələri tərəfindən böyük sevinclə qarşılanır”, – deyə məlumatda bildirilib.

Related Articles

Bir cavab yazın

Back to top button