Bölgə

İran və Ermənistan rəsmiləri görüşüb

"Aznews tv" xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrəvanda səfərdə olan İran-Ermənistan parlamentlərarası dostluq qrupunun iranlı nümayəndələri ilə görüşdə iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.

Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi İslam Şurası Məclisinin İran-Ermənistan parlament dostluq qrupunun üzvləri ilə görüşdə bölgədə sabitlik və təhlükəsizliyin qorunmasının vacibliyini vurğulayıb.

“Aznews tv”  xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrəvanda səfərdə olan İran-Ermənistan parlamentlərarası dostluq qrupunun iranlı nümayəndələri ilə görüşdə iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.

İran parlamentinin Milli Əmniyət və Xarici Siyasət Komitəsinin üzvü Mahmud Əhmədi regionda sabitlik, təhlükəsizlik və sərhədlərin dəyişdirilməməsinin İranın qırmızı xətləri olduğunu vurğulayaraq əlavə edib: Bölgədə ərazi dəyişikliyi edilməsi İran İslam Cumhuriyyəti üçün qəbuledilməzdir.

Daha sonra bölgədə sülh dövrünün başlanmasının zəruriliyinə toxunan Qriqoryan qeyd edib: Region üçün xüsusi əhəmiyyət kəsb edən bu məsələ İranın xarici siyasətinə uyğundur.

O, İrəvan-Naxçıvan-Culfa dəmir yolu xəttinin yenidən qurulmasını mühüm hesab edərək deyib: Bu dəmir yolu xəttinin istismara verilməsi ölkələrin iqtisadi inkişafına gətirib çıxaracaq.

Qeyd edək ki, İran son aylarda bölgədə guya sərhədlərin dəyişdirildiyi iddiasını dəfələrlə təkrarlamağa edir və bununla da Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutur, bunu özünə bir növ təhdid hesab edir. İran rəsmilərinin dəfələrlə, o cümlədən İran xarici işlər nazirinin ötən gün Bakıda keçirdiyi rəsmi görüşlərdə 3+3 formatını dəstəklədiklərini bəyan etməsinə baxmayaraq, İran-Ermənistan parlamentlərarası dostluq qrupunun iranlı həmsədri və üzvləri İrəvanda erməni rəsmiləri ilə görüşlərində verdikləri ziddiyyətli bəyanatlarla rəsmi Tehranın Zəngəzur dəhlizini dəstəkləməsi siyasətinə qarşı çıxmış olurlar.

Related Articles

Bir cavab yazın

Back to top button