BölgəDünya

Türkiyədə güclü meşə yanğınları başlayıb

Türkiyənin Kutahya bölgəsində yerləşən Küreci və Samrık kəndlərində, Manisanın Seğirdim Çukur istiqamətində güclü meşə yanğınları davam edir.

Gecə saatlarından başlayan yanğınların söndürülməsinə ümumilikdə 11 təyyarə, 16 helikopter, 78 yanğınsöndürən avtomobil, 13 traktor və buldozer, çox sayda canlı qüvvə cəlb edilib.

Havanın isti keçməsi meşə yanğınları təhlükəsini artırıb.

Əhaliyə yanğınla bağlı xəbərdarlıq edilib. Bəzi yerlərdə meşəlik ərazilərə giriş məhdudlaşdırılıb. Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür. (modern.az)

Related Articles

Bir cavab yazın

Back to top button