Dünyaİran

İsrail İrana qarşı hücum hazırlığına başladı

İranın atom bombası sahəsində sıçrayış əldə etməsi ehtimalına qarşılıq olaraq, İsrail İrana qarşı hücum hazırlığına başlayıb.
ANT xəbər verir ki, bu iddia ilə İsrailin “Ynet” saytı çıxış edib.
Məlumata görə, İsrailin nizami-siyasi çevrəsi hazırda İran atom mərkəzlərinə qarşı hücum imkanlarını müzakirə edir. Hücum hazırlığı planının müzakirəsinə müdafiə vəziri Benni Qantz, xarici işlər vəziri Yair Lapid və maliyyə vəziri Aviqdor Libermanın rəhbərlik etdiyi bildirilib. Qantz və Libermanın, özəlliklə, yaxın 5 ildə nizami büdcəni artırmağı müzakirə etdiyi vurğulanıb.
Sayt hazırkı hökumətin keçmiş baş vəzir Benyamin Netanyahunu ordunun hazırlıq səviyyəsini aşağı salmaqda ittiham etdiyini yazıb. Belə ki, onun Trampa güvənərək hərəkət etdiyi və nəticədə İsrail ordusunun təkbaşına fəaliyyət imkanlarını aşağı saldığı bildirilib.

Related Articles

Bir cavab yazın

Back to top button