AzərbaycanBölgəDünya

Türkiyə ordusu Güney Azrbaycana torpaq iddiası edən terrorçunu Suriyada öldürüb

Onun hava hücumu nəticəsində öldürüldüyü bildirilir.

Qərbi Azərbaycan əyalətinin Soyuqbulaq (Mahabad) şəhərindən olan “Rizan Cavid” adı ilə tanınan Yusif Mahmud Rəbbani Suriyanın Qamışlı bölgəsində öldürülüb.

Türkiyə ordusunun hava hücumu nəticəsində öldürülən yaraqlı İranda qurulan “PEJAK” silahlı kürd təşkilatının hərbi bölməsinin başçısıdır.

Kürd mediası xəbəri təsdiqləyib və onun qısasının alınacağı barədə PEJAK rəhbərliyinin dilindən bəyanatlar səsləndiriblər.

Qeyd edək ki, PEJAK (Kürdüstan Azad Həyat Partiyası) İranda fəaliyyət göstərən silahlı təşkilatdır və PKK-nın əsas silahlı qanadlarından biridir.

Təşkilatın məqsədi, İran ərazilərinin kürdlər yaşayan bölgələrini, o cümlədən Azərbaycan türklərinin yaşadığı Qərbi Azərbaycan əyalətini ələ keçirmək və buranı “Kürdistan”a qatmaqdır.

PEJAK 2009 – 2011-ci illərdə, İran Silahlı Qüvvələri ilə aparılan şiddətli döyüşlərdə xeyli zəifləmiş, silahlı təşkilatın bir çox səhra komandirləri öldürülmüş və İraqla sərhəddə yerləşən partizanların yaşadığı mağaralar bombalanmışdır.

Related Articles

Bir cavab yazın

Back to top button