Bölgəİran

Türkiyə prezidentinin sözçüsü İranda baş verən hadisələrə münasibət bildirib

Türkiyə prezidentinin sözçüsü İranda baş verən hadisələrə münasibət bildirib. "Biz Məhsa Əmininin ölümünə görə kədərliyik. İran hökuməti hicabla bağlı xalqın iradəsinə hörmət etmək və düzəni sağlamaq üçün daha məqbul yol tapmalıdır",-deyə, İbrahim Kalın bildirib.

Qeyd edək ki, Türkiyə Cümhuriyyətində müxtəlif insan haqları təşkilatları İranda başlayan dinc etiraz aksiyalarına dəstək bəyanatları yayıblar, Türkiyə mediası isə məsələni geniş işıqlandırıb.

Sentyabrın 21-də isə Türkiyənin İstanbul şəhərində yaşayan mühacir iranlılar İranın baş konsulluğunun qarşısına toplaşaraq Məhsa Əmininin öldürülməsinə etiraz edib, İranda bununla bağlı etiraz aksiyası keçirənlərlə həmrəy olduqlarını bildiriblər.

Related Articles

Bir cavab yazın

Back to top button