Dünya

Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə Təhlükəsizlik Şurasının toplantısı keçirilib.

Bu barədə “Anadolu” xəbər ajansı bilgi verir.

İclasda iqlim dəyişikliyi ilə qlobal mübarizə, Əfqanıstanda insdanların vəziyyəti, Suriya millətinin təhlükəsizliyi habelə Şərqi Aralıq dənizindəki gedişatlar müzakirə olunub.

Təhlükəsizlik Şurasının bəyanatında iqlim dəyişikliyi təhlükəsinə qarşı qlobal birgə mübarizə planlarının həyata keçirilməsinin gərəkliyi bildirilib:

“Türkiyə hər bir uluslararası məsələdə olduğu kimi, bu mövzuda da üzərinə düşəni edəcək”.

Daha sonra Türkiyənin dost eləcə də qardaş Əfqanıstan millətinin bolluğ və təhlükəsizliyi yöndə çalışmasının ardıpcıl olacağı vurğulanıb. Əfqanıstanda insani böhranın qarşısının alınması üçün birgə qlobal çalışmaların önəmi qeyd edilib.

Toplantıda, habelə Suriyada silahlı qruplaşmaların dinc insanları hədəfə alan və sabitliyə ziyan vuran hərəkətlərinin qarşısının alınması üçün Türkiyənin apardığı siyasi xətt özəlliklə vurğulanıb.

Related Articles

Bir cavab yazın

Back to top button