Dünya

Türkiyədə koronavirus təhlükəsi davam edir

Türkiyədə son 24 saatda yeni növ koronavirusdan daha 97 nəfər dünyasını dəyişib. Bu barədə Türkiyənin sağlıq vəziri Fahrettin Koca bildirib. Vəzir qeyd edib ki, koronavirusdan ölənlərin ümumi sayı 27 284 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 7 763 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 572 190 nəfər olub. Ötən gün koronavirusdan 8 108 nəfər sağalıb. Beləliklə, virusdan sağalanların ümumi sayı 2 461 204 nəfərə yüksəlib.

Related Articles

Bir cavab yazın

Back to top button