Dünya

Türkmənistan birpalatalı parlament sisteminə keçib, Qurbanqulu Berdiməhəmmədov milli lider elan edilib

Türkmənistan birpalatalı parlament sisteminə keçib. Bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, Qurbanqulu Berdiməhəmmədovun rəhbərlik etdiyi geniş səlahiyyətlərə malik Xalq Şurası yaradılıb.

Qeyd edək ki, Türkmənistan parlamentinin bu gün keçirilən iclasında Qurbanqulu Berdiməhəmmədovun ölkənin milli lideri olması haqqında qərar qəbul edilib.

Qərar Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov tərəfindən təsdiqlənib. (apa)

Related Articles

Bir cavab yazın

Back to top button