AzərbaycanDünyaİran

Türkmənistandan İran vasitəsilə Azərbaycana svop qaz satışının rəsmi səbəb açıqlanmadan dayandırılması ayrı-ayrı versiyalara yol açıb

SputnikAz ortaya çıxan müxtəlif fərziyyələr barədə neft məsələləri üzrə ekspert İlham Şabanla danışıb.

İki əsas versiya mövcuddur: daxili tələbatın artması səbəbindən Türkmənistanda qaz çatışmazlığı və qiymətdə fikir ayrılığı.

Ekspert birinci versiyanı real hesab etmir: “Dekabrda Aşqabad İran vasitəsilə İraqa svop qaz tədarükü haqqında saziş imzalayıb. Təfərrüatlar açıqlanmayıb, lakin ölkələr arasında infrastruktur 20 milyard kubmetr tədarükə imkan verir”.

Şabanın fikrincə, məsələ qiymət təklifindədir.

“Biri baha qiymətə satmaq istəyir, digəri özünə məqbul qiymətə almaq istəyir. Başqa izah yoxdur”, – deyə o, əlavə edib.

Türkmənistan 2022-ci ildən İrana, sonuncu isə bunun əvəzində Azərbaycanın qaz sisteminə illik 2-2,5 milyard kubmetr qaz ötürür.

#İran #Turkmenistan #Azerbaycan

Related Articles

Bir cavab yazın

Back to top button