Tuiter sosial şəbəkəsi novambrın 15-də İranın nəft vəziri Bijən Namdar Zəngənənin hesabını bağlayıb. Bu barədə “Bloomberg News” məlumat yayıb. Məlumata görə, vəzirin hesabının bağlanması Amerika təhrimləri ilə ilgilidir.
Qeyd edək ki, Amerika oktobrun 26-da İranın bəzi petroşimi və nəft sənayesi müdirləri ilə birlikdə nəft vəziri Bijən Namdar Zəngənəni də təhrim edib.
Məsələ ilə bağlı Tuiter şirkətindən məlumat verilməyib.