Dünya

“TWITTER”DƏ TÜRKİYƏ ƏLEYHİNƏ OLAN HESABLAR BAĞLANIB

“Twitter” Türkiyə və Qətərə qarşı yazılar yazan, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin dəstəklədiyi “saxta Yaxın Şərq mütəxəssislərinin” hesablarını bağlayıb.
“The Daily Beast”in məlumatına görə, “Twitter”, “Newsmax” və “Washington Examiner” kimi xəbər saytlarında “ekspert” adı ilə saxta hesablar yaradılıb. Həmin hesablar müəyyən edilərək əngəllənib.
Məlum olub ki, bu 19 hesabda istifadə olunan adlar ötən il 46 fərqli mediada 90-dan çox məqalə dərc edib.
“Twitter” rəsmisi bildirib ki, bu hesabların bir hökumət tərəfindən dəstəkləndiyinə dair dəlillər var.
Qeyd edək ki, hesabların yayımladığı məqalələrdə Qətər və Türkiyə tənqid edilib. Habelə, İrana daha çox sanksiyaların tətbiq edilməsi ilə bağlı fikirlər dəstəklənib.

Related Articles

Bir cavab yazın

Back to top button