İran

Üç müstəqil təqaüdçü təşkilatı İrandakı acınacaqlı yaşayış şəraiti ilə bağlı bəyanat yayıb

Onlar mayın 1-də ümumölkə mitinqlərinə hazırlaşırlar.

İranda üç müstəqil pensiya təqaüdçü Beynəlxalq İşçilər Günü ərəfəsində birgə bəyanat yayaraq ölkədə inflyasiyanın yüksəlməsini, insanların alıcılıq qabiliyyətinin kəskin şəkildə aşağı düşməsini və yoxsulluğun yayılmasını tənqid ediblər.

İran Təqaüdçülər Şurası, İran Təqaüdçülərinin Milli Birliyi və Təqaüdç Həmkarlar İttifaqı Qrupu öz bəyanatında bildiriblər ki, təqaüdçülərin, fəhlələrin, müəllimlərin, tibb bacılarının və digər əmək haqqı alanların təqaüd və maaşları yoxsulluq həddi üçün nəzərdə tutulan səviyyədən də bir neçə dəfə aşağıdır.

Onlar hökuməti və iqtidardakı siyasi hakimiyyəti ifadə azadlığına və tələblərin həyata keçirilməsinə mane olmaqda, onların haqlı tələblərini cinayət hesab etməkdə ittiham ediblər.

“Hökumətin, parlamentin və məsulların maaşları artırmaq və yaşayış xərclərini maaş və təqaüd ilə balanslaşdırmaq iradəsi yoxdur”-deyə, bəyanatda yazılıb.

Onlar məhkəmələrə çağırış, təqib və qondarma cinayət işlərinin açılmasını, haqsızca çıxarılan həbs cəzalarının işçilərin, müəllimlərin, təqaüdçülərin və zəhmətkeş kütlənin səsini boğa bilməyəcəyini qeyd ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button