Dünya

Parisdə iğtişaşlar fonunda daha 80 nəfər saxlanılıb

İyulun 2-nə keçən gecə Paris polisi Nanter şəhərətrafı qəsəbəsində polisin Əlcəzair əsilli 17 yaşlı yeniyetməni ötən ay güllələyərək öldürməsindən sonra Fransanı bürümüş iğtişaşların 80 iştirakçısını saxlayıb.

“Report” xəbər verir ki, bu barədə BFM telekanalı məlumat yayıb.

Marseldə 55, Nitsada 32 nəfərin saxlanıldığı qeyd edilir.

Fransanın daxili işlər naziri Jerald Darmanin bildirib ki, ötən gecə olduğu kimi bu gecə də ölkədə 45 min polis və jandarm vəzifəsini yerinə yetirəcək.

Eyni zamanda, ötən gecə ən böyük iğtişaşların baş verdiyi Marsel və Liona da xüsusi diqqət yetiriləcək.

Related Articles

Bir cavab yazın

Back to top button