İran

Meşkinşəhrdə turizm sektoru çöküb

Hər il Meşkinşəhr turizm fəslində  Möyül ilə Qaynarca isti sularının yolunda əylənənlərin qulluğunda olurdu. Turizm sənətindən bir çox ailələr dolanırdı.

bu il keçmiş illərdən fərqli olaraq, Savalan ətəyinin silsilə isti suları turizm günlərini sakit  keçirir. Turizm sənayesinin qeyri-müəyyən və qaranlıq gələcəyi koronavirusla bağlıdır.  Buna görə də İsti sular və turizmdə pul yatıranların gələcəkdə vərşikəst olmaları qaçılmazdır. Xususi bölümdə sərmaya yatıranların çətinlikləri və narahatlıqları hər gün artır.

Meşkinşəhr, son illərdə xususi bəxşin sərmayası sayəsində turizm məkanına çevrilib. 400-dən çox adam birbaşa Meşkinşəhr istisuları və yaşayış müctəmələrində işlə təmin edildi. Onların bir çoxu turizm sahələrinin bağlanması səbəbindən iş yerlərini itirdi.

Bu istisular ilə turizm müctəmələri az pul xərcləyən və çox maddi gücü olmayan yerli sərmayədarlar tərəfindən qurulub. Dəstək olmasa, acı sonluqla üzləşəcəklər.

Bölgədəki yatırımçılardan biri olan Əsgər Lütfəli Oğlu, “Korona çıxdığından müctəmələr bağlanıb”, – deyə müraciət edən müsafirlərin yoxluğundan şikayətlənib.

“Bu müddət ərzində vamları  ödəməyə 3 ay vaxt vermişdilər, ancaq müddət bitdikdən sonra yüzdə 24 gecikmə cərimə ilə üzləşdik”,-deyə bildirib.

İstisu müctəməinin müdiri İslam Əbdüli, “koronanın başlaması ilə bütün ümidlərimiz puç oldu. Turizm mövsümünü səbirsizliklə gözləyən biz bağlanışla üzləşdik və ustanın su işləri idarəsinə verdiyimiz Çeklərimizin hamısına bərgəşt vurdular !” -deyə əlavə edib.

Başqa bir isti suyun müdiri Həmzə Mahmuddi isə,  “bu bölgənin payız və qış fəsilləri səyyahlardan boşdur. Bayram ilə turizm mövsümü ərəfəsində Korona virusu müctəmələri bağladı. İsti məədəni sularda əmlahın olması, qurğu tamamilə bağlandığı təqdirdə bütünlükdə təsisatların lülə və motorxanaları çürüyə bilər. müştəri olmasa da,  boş- boşuna motorxananı yandırmaq məcburiyyətindəyik. Bu isə bizə iki qat zərər vurur. Dövlət bizə dəstək olmasa, müflis olacağıq və banklar bütün həyatımızı məhv edəcək”- deyə bildirib.

Ayrı bir İsti sular müdiri Rəhimi də şikayət edib: “Müctəmələrin işlək xərcləri ilə ilgili çətinliklərlə də üzləşirik və elektrik enerjisinin Qəbzlərini ödəyə bilmirik. Elektrik idarəsi tərəfindən bir neçə dəfə ixtar verilib və hətta bəzi müctəmələr elektrik kəsilməsi ilə üzləşdi. Müvəqqəti bir fürsətə hələlik keçinirik , Bu şərt ilə tezliklə bərq idarəsinə borclarımızı gərək ödəyək. Amma  heç bir gəlirimiz yoxdur.”

Meşkinşəhr xalqının nümayəndəsi də narazılıq edərək bildirib ki, korona  zaahirdə, insanın həyatını təhdid edən bir virusdur. Amma əslində bu ölkə iqtisadiyyatı üçün amansız bir fəlakətdir.

“Korona, başqa iqtisadi qurumlardan daha çox xidmət və turizm sahələrini sıxışdırıb. Bölgəmizdə hotellər, restoranlar və isti sular mərkəzləri bağladı”, – deyə əlavə edib.

Mahmud Abbaszadə eləcə də vurğulayıb ki,  “işçi qüvvəsinin əhəmiyyətli bir hissəsinin işlədiyi və ya bu mərkəzlərin sərmayadarlarının bank təshilatlarını qazandıqları gəlirdən hissə-hissə ödəməli olduqları, çeklərinin bərgəşt vurulmasında böyük çətinliklərlə qarşılaşıblar.

Meşginşəhr fərmandarı turizm müctəmələrini tam dəstəkləyərək əlavə etdi: “Bununla bağlı olaraq xidmət şöbələri, o cümlədən su idarəsi, elektrik və qaz idarəsi ilə görüşlər keçirdik. Güman edilirdi ki, turizmin vəziyyəti və rifahını normallaşdırmaq üçün müctəmələrin hər hansı bir inşiabının qarşısını alaq.”

Related Articles

Bir cavab yazın

Back to top button