Kiyevdən bir sıra şəhərlərə, eləcə də əks istiqamətə aviareyslər həyata keçirən “Ukrayna Beynəlxalq Hava Yolları” aviaşirkəti dekabrın 30-dan Kiyevdən Bakıya reysləri bərpa etməyə qərar verib.
Məlumata görə, Ukraynadan Bakıya aviareyslərin biletləri artıq satışdadır.
Bu marşrut üzrə reyslər dekabrın 30-dan başlayaraq hər çərşənbə və bazar günləri Ukrayna paytaxtından, hər bazar ertəsi və cümə axşamı isə Azərbaycan paytaxtından həyata keçiriləcək.