Dünya

“Ukrayna Beynəlxalq Hava Yolları” Kiyevdən Bakıya aviareysləri bərpa edir

Kiyevdən bir sıra şəhərlərə, eləcə də əks istiqamətə aviareyslər həyata keçirən “Ukrayna Beynəlxalq Hava Yolları” aviaşirkəti dekabrın 30-dan Kiyevdən Bakıya reysləri bərpa etməyə qərar verib.

 

Məlumata görə, Ukraynadan Bakıya aviareyslərin biletləri artıq satışdadır.

Bu marşrut üzrə reyslər dekabrın 30-dan başlayaraq hər çərşənbə və bazar günləri Ukrayna paytaxtından, hər bazar ertəsi və cümə axşamı isə Azərbaycan paytaxtından həyata keçiriləcək.

Related Articles

Bir cavab yazın

Back to top button