
Onun sözlərinə görə, Ukrayna hərbçiləri ölkənin bütün hissələrindən irəliləyərək dövlət sərhədinə çıxacaqlar.
“Bu gün bizim Vətən Müharibəmizin 200-cü günüdür. Bu azadlıq, müstəqillik və varolma uğrunda müqavimətdir. Bu günlərdə uğurlarımız az olmadı. Amma ən mühümü və çətini irəlidədir”-deyə Zelenski vurğulayıb.
Dövlət başçısı deyib ki, Ukrayna ordusu qəhrəmancasına mübarizə apararaq düşmənin qarşısını alıb. “İndi isə özünü saxlamır, işğalçını şimalda, cənubda, şərqdə -bütün istiqamətlərdə qovur. Ordu yalnız irəli, Qələbəyə doğu hərəkət edir”-deyə o vurğulayıb.