Dünya

“Ukrayna ordusu düşməni şimalda, cənubda və şərqdə qovur” –Zelenski

“Ukrayna ordusu düşməni şimalda, cənubda və şərqdə qovur”. Bu sözləri Prezident Zelenski bu günkü videomüraciətində bildirib.

Onun sözlərinə görə, Ukrayna hərbçiləri ölkənin bütün hissələrindən irəliləyərək dövlət sərhədinə çıxacaqlar.

“Bu gün bizim Vətən Müharibəmizin 200-cü günüdür.  Bu azadlıq, müstəqillik və varolma uğrunda müqavimətdir. Bu günlərdə uğurlarımız az olmadı. Amma ən mühümü və çətini irəlidədir”-deyə Zelenski vurğulayıb.

Dövlət başçısı deyib ki, Ukrayna ordusu qəhrəmancasına mübarizə apararaq düşmənin qarşısını alıb. “İndi isə özünü saxlamır, işğalçını şimalda, cənubda, şərqdə -bütün istiqamətlərdə qovur. Ordu yalnız irəli, Qələbəyə doğu hərəkət edir”-deyə o vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button