Dünya

Ukrayna ordusu Krım yarımadasına növbəti dəfə hücum edib

bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Krım yarımadasına doğru hərəkət edən Ukraynaya məxsus 4 pilotsuz kater Qara dənizdə aşkar edilərək məhv edilib.

Hücum cəhdinin nəticələri və təfərrüatları hələ ki məlum deyil.

Nazirlikdən verilən digər məlumata görə, Ukrayna bu gün səhər saatlarında pilotsuz uçuş aparatları (PUA) ilə də yarımadaya hücum edib. Məlumata görə, hava hücumundan müdafiə sistemləri PUA-ları məhv ediblər.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək.

Related Articles

Bir cavab yazın

Back to top button