Azərbaycan

Ərdoğan azərbaycanlı alimi yüksək vəzifəyə təyin edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkədə yaşayıb fəaliyyət göstərən azərbaycanlı alim Aygün Attara yüksək vəzifə verib. Dövlət başçısının müvafiq qərarı “Resmi Gazete”də dərc olunub. Qərara əsasən, professor Aygün Attar Türkiyə Prezidenti Dəftərinin Əmniyyət və Xarici Siyasət Şurasının üzvü təyin edilib. Qeyd edək ki, Aygün Attar 1962-ci ildə Qubadlı şəhristanında anadan olub. O, 1986-cı ildə Bakı Dövlət Danişqahını bitirib. 1993-cü ildə Rusiya Elmlər Akademisinin Tarix şöbəsində doktorasını müdafiə edib. Attar 1990-cı illərin ortalarından bəri Türkiyədə yaşayır və bu ölkənin vətəndaşıdır. 2012-2016-cı illərdə Türkiyənin Girəsun Danişqahının başqanı olub. Azərbaycan tarixi və mədəniyyətinin təbliği yönündə fəaliyyət göstərən professor ermənilərin Azərbaycan və Anadolu türklərinə qarşı törətdiyi soyqırımlara həsr olunmuş bir çox məqalənin müəllifidir. Bildirək ki, Aygün Attarın fəaliyyətində Güney Azərbaycanla ilgili məsələlər də yer alıb. Alim burada yaşayan Azərbaycan türklərinin ən təməl insan haqlarından məhrum olmasına diqqət çəkib. O, Güney Azərbaycan türklərinin haqq səsinin dünya ictimayətinə çatdırılmasına dəstək verib.

Related Articles

Bir cavab yazın

Back to top button