Dünya

Ukrayna qüvvələri Rusiya sərhədində çataraq, ruslara ağır zərbə endirdilər

Ukrayna Silahlı Qüvvələri Xarkovda dövlət sərhədinin yaxınlığındadır. Bu sözləri Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko deyib.

“Xarkov vilayətinin şimal-şərqi… Ukrayna qüvvələri həqiqətən də əks-hücuma keçib. Biz artıq sərhədin yaxınlığındayıq. Ümid edirik ki, yaxın günlərdə dövlət sərhədinə çıxmağı bacaracağıq”, – deyə Denisenko bildirib.
Ukrayna Silahlı Qüvvələrinin bölmələri Xarkov vilayətində Rusiya ilə dövlət sərhədinə çatıb.
Həmçinin son sutkada Rusiyanın 11 hava hədəfi məhv edilib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin HHQ komandanlığı məlumat yayıb.
Bildirilib ki, zenit-raket qüvvələri və quru qoşunlarının hava müdafiə qüvvələri 2 qanadlı raketi, 7 “Orlan-10” PUA-sını, Ka-52 və Mi-28 helikopterini məhv edib. Ukrayna qırıcı və bombardmançıları isə düşmənin qüvvələrinə zərbələr endirib.

Related Articles

Bir cavab yazın

Back to top button