Dünya

Ukrayna Rusiyanın desant təyyarəsini vurub – 4 nəfər əsir götürülüb

Ukrayna Ordusu Rusiyanın desant daşıyan İl-76 təyyarəsini Vasilkovda vurub. Məlumata görə təyyarədəki hərbçilərin hamısı ölməyib. Ukrayna Silahlı Qüvvələri 4 nəfəri əsir götürüb.

Bu barədə ukraynalı jurnalist Roman Tsımabyuk Facebook-da bildirib.

O, deyib ki, əsirlər indi Rusiya Federasiyasının prezidentindən Ukraynaya başqa heç kimi göndərməməyi xahiş edirlər.

Təyyarədən sağ qalan daha 10-a yaxın rus əsgəri cavab atəşi açmağa davam edir.

“Onlara ultimatum verildi: ya silahlarını yerə qoysunlar, ya da məhv edilsinlər. Ərazi atəş nəzarəti altındadır”, – Tsymbalyuk yazıb.

Related Articles

Bir cavab yazın

Back to top button