Dünya

Körfəz ölkələri vahid viza zonası yaradır

Körfəz Ərəb Dövlətləri üzrə Əməkdaşlıq Şurasının üzvü olan Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, Qətər, Bəhreyn, Küveyt və Oman Şengen zonası modelində vahid viza zonasının yaradılmasını müzakirə edirlər.

Bu barədə “Arabian Business” məlumat yayıb.

“Körfəzi ölkələrinə səyahətin mövcudluğu turizm sənayesinin inkişafına müsbət təsir edəcək və səyahətçi sərhədləri keçərkən məhdudiyyətlərlə üzləşməyəcək”, – deyə bildirilib.

Qeyd olunub ki, turist axınının birgə idarə olunması üzrə ilk razılıq Qətərdə keçirilən Dünya Kuboku zamanı əldə edilib. (modern)

Related Articles

Bir cavab yazın

Back to top button