Dünya

Ukrayna təyyarəsinin qurbanlarının ailə üzvlərindən ikisi Baydenə məktub yazdı: “Sepahı terrorçu qruplar siyahısından çıxarmayın”

Onlar Amerika prezidentindən İran İnqilab Keşikçiləri Korpusunu terrorçu qruplar siyahısından çıxarmamağı xahiş ediblər.

Ukrayna təyyarəsinin İran İnqilab Keşikçiləri Korpusu tərəfindən vurulması nəticəsində həlak olanların ailələrinin iki üzvü Amerika prezidentinə ünvanladıqları məktubda ondan İranın hərbi qurumunu terrorçular siyahısından çıxarmamağı xahiş ediblər.

Şahin Muqəddəm və Mehrzad Zarei bu məktubda “PS 752” sərnişin təyyarəsinin “Sepah” tərəfindən vurulmasının bu qurumun terrorçu olduğunu sübut edən çoxsaylı faktlardan biri adlandırıblar.

Onlar sənədlərə əsasən sərnişin təyyarəsinə hücumun bilərəkdən edildiyini yazıb, İran İnqilab Keşikçiləri Korpusunu Orta Doğudan başlayaraq Kanadaya qədər sabitliyin və sülhün pozulmasında rol oynadığını qeyd edərək, prezidenti Co Baydenin “Sepahı” terror siyahısından çıxarma qərarına təəccübləndikləri bildiriblər.

Ukrayna təyyarəsinin vurulması nəticəsində həlak olanların ailə üzvləri İnqilab Keşikçiləri Korpusunun terrorçu qqrup kimi təcrid olunmasının vacibliyini vurğulayıb, Amerikanın bu qurumu terrorçular siyahısından çıxaracağı təqdirdə gələcək nəsillərin qorxu içində yaşamalı olacaqlarını qeyd ediblər.

Martın son günlərində bəzi xəbər mənbələri Co Bayden hökumətinin Tehran rejiminin regionda gərginliyi azaltmaq öhdəliyi qarşılığında İnqilab Keşikçiləri Korpusunun adını terrorçular siyahısından çıxarmağı düşündüyünü açıqlayıb.

Bu xəbər Amerikanın bir çox siyasi xadimləri, bəzi ölkələrin rəsmiləri və bir sıra iranlı siyasi və mədəni fəallar tərəfindən kəskin reaksiyalarla qarşılanıb.

Xatırladaq ki, 2020-ci ilin yanvarın 8-də SEPAH terror təşkilatının iki raketlə vurduğu Ukrayna hava yollarına məxsus BOEİNG-752 təyyarəsində olan 176 sərnişinin hamısı həlak olub.

Bundan sonra rəsmi Tehran məsələni ört-basdır etməyə, təyyarənin texniki nasazlıq səbəbindən qəzaya uğradığını deməyə çalışsa da, beynəlxalq təzyiqlər nəticəsində hava gəmisinin SEPAH terror təşkilatı tərəfindən vurulduğunu qəbul etməyə məcbur olub.

Related Articles

Bir cavab yazın

Back to top button