Dünya

Ukraynada koronavirusla bağlı vəziyyət pisləşir

Ukraynada son sutkada koronavirusa yoluxma hallarında yeni antirekord qeydə alınıb.

Ukrayna Səhiyyə Nazirliyi xəbər verir ki, ötən gün Ukraynada 9850 nəfər koronavirusa yoluxub. Bununla da pandemiya dövründə Ukraynada koronavirusa yoluxanların ümumi sayı 430 min 467-ə çatıb, 184 min 782 nəfər müalicəsini başa vurub. Ən çox yoluxma halları Kiyev və Xarkov vilayətlərində qeydə alınıb.

Ötən gün ölkədə 193 nəfər koronavirusdan həyatını itirib. Bununla da bu infeksiyadan ölənlərin ümumi sayı 7924 nəfərə çatıb.
Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti dekabrın 31-dək uzadılıb və karantin şərtləri sərtləşdirilib.

Related Articles

Bir cavab yazın

Back to top button