Dünyaİran

“Uluslararası Əfv Təşkilatı” Avropa Birliyi nümayəndəsinin toplu edamlarda əli olan İbrahim Rəisinin andiçmə mərasiminə qatılmasına təpki verdi

“Beynəlxalq Əfv Təşkilatı” açıqlama yayaraq, Avropa Birliyinin nümayəndəsinin İranda kütləvi edamların səbəbkarı İbrahim Rəisinin yeni prezident kimi andiçmə mərasiminə qatılmasına təpki göstərib.

Qurumun yaydığı açıqlamasında deyilir: “Andiçmə mərasiminə öz təmsilçisi Enrike Moranı göndərmək niyyətində olan Avropa Birliyi ilə yanaşı uluslararası birlik İranın məhkəməsiz edamlara və başqa cinayətlərə, məcburi itkin salınmalara və işgəncələrə görə toxunulmazlığa qarşı mübarizədə ciddiliyini açıq şəkildə ortaya qoymalıdır”.

“Bəşəriyyətə qarşı cinayətlərin törədilməsi İbrahim Rəisinin İran prezidenti kimi andiçmə mərasiminə kölgə salıb. Biz onun 1367-ci il qətliamı ilə bağlı keçmişdə və indi insanlığa qarşı cinayətlərdə roluna görə mühakimə olunmalı olduğunu bəyan etməyə davam edirik”,-deyə açıqlamada vurğulanır.

Bu uluslararası insan haqları qurumu habelə qeyd edib: “Dünya liderləri qan tökmək dövrün təkrarlanmasının qarşısını almaq, kütləvi edamın qurbanları və sağ qalanları üçün ədalət və cavabdehliyi təmin etmək üçün Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasını müstəqil araşdırma və cavabdehlik mekanizmi yaratmağa çağırmalıdır”.12:01

Related Articles

Bir cavab yazın

Back to top button