İran

Uluslararası Əfv Təşkilatı İran hökümətini Əlirza Fərşini qeyd-şərtsiz azad etməyə çağırdı

Uluslararası qurum İran məsullarından fəalın yubanmadan özgür buraxılmasını istəyir.

Uluslararası Əfv Təşkilatı Tehran zindanında saxlanılan türk dil haqlarını savınan fəal Əlirza Fərşinin sağlamlıq durumundan narahatlığını bildirib. Qurum, İranın rəsmi məqamlarından fəalın yubanmadan azad edilməsini istəyir.

“Əlirza Fərşi dil hüquqlarını qorumaq, həbs edilən fəallar haqqında onlayn məlumat yaymaq və başqa dinc çalışmalarına yersiz olaraq Böyük Tehran mərkəzi zindanında saxlanılır. İran hökuməti onu gözündə yaranan problemlə qanında yüksək qəndinə görə tibbi yardımdan məhrum edib”,- deyə insan haqları təşkilatının juiyənin 20-də yaydığı açıqlamada vurğulanır.

Uluslararası Əfv Təşkilatı İran Məhkəmə Qurumunun başçısı Qulamhüseyn Mohseni Ejeyiyə göndərdiyi bəyanatda Fərşini vicdan məhbusu adlandırıb və onun qeyd-şərtsiz azad edilməsini istəyib.

Bildirək ki, hal-hazırda Tehran zindanında iki illik həbs cəzası çəkən Əlirza Fərşi 2014-cü ilin juiyə ayının 21-də Tehran şəhərində Uluslararası Ana Dili Günü törəninə qatıldığı üçün başqa milli fəallarla birlikdə İranın əmniyət qüvvələri tərəfindən tutuqlanıb. Bir neçə gün saxlanıldıqdan sonra müvəqqəti olaraq məhkəmə iclasına qədər azad edilib.

Fərşi 2016-cı ildə Baharistan şəhər İnqilab Məhkəməsinin 1 saylı şöbəsi tərəfindən “İranın milli əmniyətini pozmaq qəsdi ilə qruplarda iştirak etmək” ittihamına 15 il həbs və Əl-Əhvaz əyalətində iki il sürgün yaşamaq cəzasına məhkum edilib.

Bu cəza daha sonra Tehran Təcdidenəzər Məhkəməsinin 54-cü şöbəsinin rəisi olan qa:zi Babayi tərəfindən 2 il həbslə daha 2 il sürgünə endirilib.

Related Articles

Bir cavab yazın

Back to top button