İran

Uluslararsı axtarışda olan Əhməd Vəhidi İran Əmniyət Şurasının rəisi təyin edildi

İran prezidenti İbrahim Rəisi Daxili İşlər vəziri Əhməd Vəhidinin ölkənin Əmniyət Şurasının rəisi təyin edilməsi ilə bağlı əmr imzalayıb.

İran prezidentinin bu qərarı ölkə Ana Yasasının 176-cı maddəsinə istinad edilib.

Bildirək ki, həm də daxili işlər vəziri olan Əhməd Vəhidi 18 juiyyə 1994-cü ildə Arjantinin paytaxtı Buenos-Ayresdə yerləşən yəhudilərə məxsus mərkəzdə törədilmiş cinayətdə əli olduğuna görə İnterpol tərəfindən uluslararası axtarışa verilib. Terror hücumunda əli olan bir şəxsin ölkədə iki önəmli posta təyin edilməsi həm İran daxilində, həm də uluslararası birlik tərəfindən kəskin etirazlarla qarşılanır.

Related Articles

Bir cavab yazın

Back to top button