Dünyaİran

Nazənin Zağəri həbsdən azad edilib

İran-İngiltərə vətəndaşı olan Nazənin Zağəri Ratklif 5 illik həbs cəzası çəkdikdən sonra azad edilib. Bu barədə onun vəkili Höccət Kermani açıqlama verib. Onun sözlərinə görə, Nazənin Zağəri 1 il yaşadığı mənzildə elektronik ayaq bağı ilə kontrol altında saxlanılıb. Bu gün isə onun ayağındakı nəzarət cihazı çıxarılıb.
“Müvəkkilimin rejimə qarşı təbliğat ittihamı ilə ikinci işinin məhkəmə vaxtı İnqilab Məhkəməsində marsın 14-nə təyin edilib”, – deyə Höccət Kermani vurğulayıb.
Böyük Britaniyanın Xarici İşlər vəziri Dominik Rab da məsələyə münasibət bildirib. O, rəsmi tuiter hesabında Nazənin Zağərinin elektronik nəzarət cihazının çıxarılmasını alqışladığını deyib. Dövlət rəsmisi onun qısa müddətdə ölkəsinə və ailəsinin yanına qayıtmasına dair icazə verilməli olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, İran-İngiltərə vətəndaşı olan Nazənin Zağəri Ratklif 2016-cı ilin avrilində “Sepah”ın Kerman bölməsinin ittilaat qüvvələri tərəfindən tutuqlanıb. O, İmam Xomeyni Hava limanında saxlanılaraq Kermana aparılıb.

Related Articles

Bir cavab yazın

Back to top button