Cəmiyyətİran

Urmiyəli gənc polis tərəfindən döyüldükdən sonra öldü

Polis məmuru tərəfindən ağır bədən xəsarətləri yetirilərək son bir həftə koma vəziyyətində qalan 19 yaşlı Urumiyli gənc oğlan ötən gün həyatını itirib. Motosikletlə kuryer işi ilə məşğul olan vətəndaşın döyülməsi və öldürülməsinin mərhumun motosiklet idarə etmək üçün vəsiqəsinin olmaması ilə əlaqəli olduğu deyilir.

Aznews.tv “Harana” saytına istinadən xəbər verir ki, oktyabrın 7-də Əli Xudayi adlı Urumiyyə sakini polis məmuru tərəfindən döyülməsi nəticəsində həyatını itirib.

Mərhumun ailəsinə yaxın bir mənbə deyib: “Sentyabrın 30-u bazar ertəsi, Əli Xudayi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən döyülərək başından aldığı ağır xəsarətlər nəticəsində komaya düşüb. Nəhayət o 7 gün komada qaldıqdan sonra ötən gün həyatını itirib”.

Mənbə əlavə edib: “Bacısının xərclərini də təmin edən Əli dolanışıq üçün kuryer olaraq çalışırdı və hadisənin baş verdiyi gün Urmiyənin Şahroxabad rayonunda Səhər parkının yaxınlığında motosiklet vəsiqəsinin olmaması səbəbindən saxlanılır və F. Mustafazadə adlı polis məmuru tərəfindən başından vurularaq komaya salınır”.

Onun cəsədinin dünən torpağa tapşırıldığı, lakin həmin polis əməkdaşının indiyədək məsuliyyətə cəlb olunmadığı deyilir.

 

Aznews.tv

Tags
Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close