Azərbaycan

Urmiya gölü sürətlə qurudulur

Güney Azərbaycanın incisi hesab edilən Urmiya gölü çayların qarşısı alındığı üçün sürətlə quruyur.

Güney Azərbaycanın incisi hesab edilən Urmiya gölü çayların qarşısı alındığı üçün sürətlə quruyur.

İran rejimi isə törətdiyi ekoloji fəlakətin və azərbaycanlıların həyatının təhlükəyə düşməsinin fərqində belə deyil. Yenicə gölün səviyyəsi 60 santimetr də azalıb.

İranda ən böyük göl, Yaxın Şərqdə ən böyük duzlu göl və nəhayət dünyanın 6-cı böyük duzlu gölü sayılan Urmiya gölü artıq bir neçə ildir ki, quruma təhlükəsi ilə üzləşib.

2013-cü ilə qədər Urmiya gölünün suyu təxminən 90% azalmışdı. Bu tarixdən sonra görülən tədbirlər və çayların suyunun bir hissəsinin gölə buraxılması nəticəsində nisbətən bərpa edildi. Lakin İran rejimi qəsdən gölə axan çayların qarşısını alıb və gölü qurudur.

Ötən gün Qərbi Azərbaycan vilayətinin Bölgəsəl Su Şirkətinin rəisi Yaser Rəhbərdin bildirib ki, Urmiya gölünün hazırkı sahəsi 2027 kvadrat kilometrdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1385 kvadrat kilometr azalma göstərir.

Related Articles

Bir cavab yazın

Back to top button