İran

Urmiya gölünü qurudan İran hökuməti Xəzərdən ölkənin səhralarına su çəkməyə hazırlaşır

"Aznews tv" xəbər verir ki, dövlət büdcəsi layihəsində qeyd olunub ki, içməli və sənaye müəssisələri üçün lazım olan suyun təmin edilməsi istiqamətində Xəzər dənizindən su gətiriləcək

İranın 2022-ci il dövlət büdcəsi layihəsinə əsasən, hökumət Xəzər dənizi və Fars körfəzindən suyun ölkənin mərkəzi yaylasına nəqli üçün xüsusi büdcə ayırıb. Halbuki, İranın Dövlət Ətraf Mühitin Qorunması Təşkilatının sədri bu yaxınlarda açıq şəkildə bu planlara qarşı çıxıb.

“Aznews tv”  xəbər verir ki, dövlət büdcəsi layihəsində qeyd olunub ki, içməli və sənaye müəssisələri üçün lazım olan suyun təmin edilməsi istiqamətində Xəzər dənizindən su gətiriləcək.

Qeyd edək ki, İran hökuməti farslar yaşayan bölgələrə suyun daşınması üçün işlər görüb büdcə ayırsa da, Güney Azərbaycanın incisi hesab edilən Urmu gölünün qurudulmasının qarşısının alınması yönündə heç bir büdcə ayırmayıb və tədbir görməyib.

Related Articles

Bir cavab yazın

Back to top button