Azərbaycanİran

Urmiya gölünün son durumunu əks etdirən peykdən çəkilən foto yayılıb

İran hökumətinin Urmiya gölünün bərpa layihəsi çərçivəsində tədbirlər gördüyü və bəndlərdən gölə su buraxılması ilə bağlı iddialarını təkzib edən gölün peykdən çəkilən yeni fotosu yayılıb.

Fotoda gölün ən dayaz hissəsində nisbi canlanma olduğu, bunun isə hər il payız və qış aylarında mövsümi yağıntılar nəticəsində baş verdiyi qeyd olunub.

Qeyd edək ki, Urmiya gölünün normal ekoloji su həcmi 30 milyard kubmetr, minimum ekoloji sahəsi isə 4635 kvadrat kilometr olmalıdır.

Ancaq hazırda gölün sahəsi və su həcmi qeyd olunan normal ekoloji vəziyyətin 5%-ni təşkil edir.

Related Articles

Bir cavab yazın

Back to top button