İran

Qərbi Azərbaycanda virus təhlükəsi davam edir

Qərbi Azərbaycanda koronavirus mərizliyi ilə ilgili son durum açıqlanıb. Məsələ ilə bağlı Qərbi Azərbaycan ustandarının müavini Əli Müstəfəvi açıqlama verib. Məlumata görə, bəzi şəhərlərdə koronavirusa yoluxma və ölüm hallarının sayı artıb. Belə ki, Urmu, Daş Makı, Şut, Çaypara, Xoy, Dilməqan, Üşno, Sulduz, Savucbulaq, Xana, Sarıdaş, Sayın Qala və Tikan Təpə bölgələri sarı məntəqə hesab edilir. Habelə Bəykəndi və Qoşaçayda durumun narıncı olduğu açıqlanıb. Əli Müstəfəvinin sözlərinə görə, Ərəblu və Çaldıran vilayətlərində isə vəziyyət sabitləşib. Ustan rəsmisi koronavirusa yoluxma və mərizlikdən ölüm hallarının daha da artmaması üçün əhaliyə çağırış edərək sağlıq protokollarına riayət etməyin gərəkliliyini vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button